vendor returns

Salamlar,

Bugünkü yazımızda SAP EWM-lə idarə olunan depoya mal girişi edilən məhsulları tədarükçüyə necə iadə edə bilərik və göndərilən təslimatın necə yaranması haqqında danışacağıq.

İlk öncə qeyd edim ki, alınan təslimata giriş etdiyimiz üçün tədarükçüyə etdiyimiz iadədə də eyni ilə göndərilən təslimata depodan mal çıxışı etməliyik. Çıxış prosesi 122 kodlu hərəkət növü ilə edilir. Və bu proses EWM-də tam standart olaraq iadər olunur.

Mal girişi

Tədarükçüyə iadə prosesi ilk öncə tədarükçünün və ya satınalmanın yaratdığı sifariş referanslı planlanan alınan təslimata əsasən depoya mal girişi edilərək başladılır.

  • Satınalma sifarişi yaradılır.
Vendor Returns
Satınalma sifarişi
  • Satınalma sifarişinə istinadən alınan təslimat planlanır.
Vendor Returns
Alınan təslimat
Vendor Returns
Alınan təslimata mal girişi
Vendor Returns
Alınan təslimata mal girişi
Vendor Returns
Alınan təslimata mal girişi
Vendor Returns
Alınan təslimata mal girişi

Yuxarıdakı ekran görüntülərinə əsasən alınan təslimata mal girişini etdik.

Tədarükçüyə iadə

Növbəti addımda isə EWM ekranında mal giriş edilən palet və miqdarı tədarükçüyə iadə edirik.

  • Inbound Delivery -> Follow-On Functions -> Return to Vendor‘a daxil oluruq və ya Ctrl+F4 basırıq.
Vendor Returns
Tədarükçüyə iadə
  • Quantity Differences -> Return Quantities addımlarını izləyirik.
Vendor Returns
Tədarükçüyə iadə
  • Açılan pəncərədə palet nömrəsini, partiya kodunu, miqdarı, məhsulun kodunu və s. yoxlayıb Post butonuna basırıq.
Vendor Returns
Tədarükçüyə iadə

Post-a basdıqdan sonra sistem arxa tərəfdə avtomatik göndərilən təslimat yaradaraq bizə “Return delivery creation is successful” mesajı verir.

Vendor Returns
Sistem mesajı

Son olaraq yaranan göndərilən təslimata standart mal çıxışı edərək Tədarükçüyə İadə (Vendor Returns) prosesini tamamlamış oluruq.

Vendor Returns
Göndərilən təslimat

Mövzu ilə bağlı sistemdə parametr dəyişikliyi və ya hər-hansı dəstəyə ehtiyacınız varsa, bizlə əlaqə saxlaya bilərsiniz.

Tədarükçüyə İadə (Vendor Returns in EWM)

Post navigation