Bugünkü mövzumuz SAP-dəki BC dəstləri (Business Configuration Sets) ilə bağlı olacaq. BC dəstləri sadəcə EWM-i əhatə etmir, demək olar ki, bütün modullar üçün mövcuddur. Amma biz EWM tərəfi haqda məlumat verməyə çalışacağıq.
Business Configuration dəstləri nədir?
- Business Configuration dəstləri sistemdəki uyarlamaları, qeyd etmək, yadda saxlamaq və istifadəçilərlə bölüşmək üçün istifadə olunan bir idarəetmə vasitəsidir. Biz SAP-nin bizə təqdim etdiyi BC setlərdən istifadə edə və ya bunu özümüz də yarada bilərik.
- BC dəstləri development sistemində aktiv olduqdan sonra biz həmin dəyişiklikləri bir request altına alırıq. Uyarlamarda edilən dəyişiklikləri daha sonra kopyalaya və ya dəyişdirə bilərik. Requestin köməkliyi ilə dəyişiklikləri test və ya canlı sistemə köçürə bilərik.
- BC dəstləri yaradıldıqdan sonra tablolardakı standart dəyərləri, dəyişiklikləri bir BC dəstin altına alır. Və biz o BC dəstin köməkliyi ilə müştərinin sisteminə avtomatik istədiyimiz dəyişiklikləri köçürə bilərik.
- BC dəstləri SAP tərəfindən bizə təqdim olunan bir uyarlamalar toplusudur və ehtiyac olarsa, biz yenisini yarada bilərik.
Business Configuration dəst strukturu
- BC dəstləri biznes uyarlamalar toplusunu özündə saxlamaq üçün yaradılıb. Uyarlamaların standart dəyişiklilərini qeyd edib BC setləri içində saxlaya bilərik.
Business Configuration dəstlərinin tipləri:
- Sadə BC dəstləri.
- İerarxik BC dəstləri.
Sadə BC dəstləri
Bu BC dəstləri bir və ya bir neçə IMG işləmlərindən ibarət olur. Hər IMG işləmləri özündə tabloya bağlı dəyişiklik saxlayır. Burada BC dəstində heç bir ölçü məhdudiyyəti yoxdur.
İerarxik BC dəstləri
Bu BC dəstləri bir neçə BC dəstlərindən ibarət olur. Bunlara həmçinin ierarxik BC dəstləri də aiddir. Bu ierarxiya istənilən leveldə ola bilər. İstənilən vaxt bu ierarxiyanı azaltmaq və ya içində nəyisə silmək mümkündür.
BC dəstinin yaradılması
BC dəstləri aşağıdakıların köməkliyi ilə yaradıla bilər:
IMG işləmlərinin köməkliyi ilə;
BC dəstləri birləşdirib ierarxik BC dəst yaradaraq;
Requestlərin köçürülməsi ilə.
BC dəstlərinin avantajları
- BC dəstləri daha sonra şablon kimi istifadə edilə bilər;
- SAP BC dəstlərinin davamlılığını təmin edir;
- İstifadəçilər tərəfindən sistemdə edilən dəyişiklikləri bir-birinin üzərinə yazmır;
- Uyarlamalar biznes səviyyəsində həyata keçirilə bilər;
- Uyarlama dəyişiklikləri çox asan və tez zamanda başa gəlir;
- Təkmilləşdirmə sadədir.
Yeni BC dəstləri yaratmaq və ya SAP-nin təqdim etdiyi standart BC dəstlərdən istifadə ilə bağlı hər-hansı sual və ya dəstəyə ehtiyacınız varsa, bizimlə əlaqə saxlaya bilərsiniz.
