əməliyyat kodları

Salamlar. Bu gün paylaşdığımız yazıda EWM-də əməliyyat kodları (transaction code və ya t-code), onların açıqlaması və ən çox istifadə olunanlar haqda danışacağıq.

Əməliyyat kodu nədir?

Əməliyyat kodu SAP-də ekranlara daxil olmaq üçün bir neçə menyudan istifadə etməyəsən deyə işlədilir. Yəni, bir pəncərəyə daxil olmaq üçün bir neçə menyu və ya alt menyulardan istifadə olunacaqdısa, əməliyyat kodu hissəsinə yazılan kodlara uyğun olaraq tək addımda həmin ekrana daxil olunur.

Əməliyyat kodu yazılan ekran

Digər modullardan fərqli olaraq EWM-də əməliyyat kodları bir başa hərf ilə başlamır. Əməliyyat kodunu yazmadan öncə qabağında /n (mövcud ekranda yeni ekranı aç) və ya /o (mövcud ekranı saxlamaqla yeni ekran aç) istifadə olunmalıdır. SAP EWM-də əməliyyat kodlarının demək olar ki, hamısı SCWM (Supply Chain Warehouse Management) ilə başlayır. Yeni yazılan ekran və ya proqramlar isə adətən ZEWM ilə başlayır.

Mövcud ekranda yeni ekranı aç
Mövcud ekranı saxlamaqla yeni ekran aç

EWM-də əməliyyat kodlarının sayı təqribi olaraq 400-ə yaxındır. Bunların hamısını bilmək və istifadə etmək çox uzun zaman və təcrübə tələb etdiyi üçün aşağıda ən çox istifadə olunanlardan bir neçəsini paylaşdıq.

Əməliyyat kodlarıAçılımı
/SCWM/PRDIGiriş təslimatları
/SCWM/PACKSPECPaketləməni düzəlt
/SCWM/UNLOADBoşald
/SCWM/CANCPICKToplamanın ləğvi
/SCWM/WAVEDalğanı idarə et
/SCWM/SBUPToplu depo adresi yarat
/SCWM/LS01Depo adresi yarat
/SCWM/LS02Depo adresini dəyişdir
/SCWM/LS03Depo adresinə bax
/SCWM/LS11Depo adreslerini toplu dəyişdir
/SCWM/MONDepo idarəetməsi
/SCWM/DIFF_ANALYZERSayım təsdiqlə (ERP)
/SCWM/PI_DOC_CREATESayım əmri yarat
/SCWM/PACKÜmumi paketləmə
/SCWM/REPLBəsləmə
/SCWM/POSTMəhsulun partiya, stok növü və s. dəyişdir
/SCWM/RSRCResursları idarə et
/SCWM/USERİstifadəçiləri idarə et
/SCWM/TUNəqliyyat növünü dəyişdir
/SCWM/HUIDNömrə aralığı təyin et
/SCWM/ADGIPlanlanmamış mal çıxışı et
/SCWM/RFUIƏl terminalı aç
/SCWM/BINMATSabit depo adreslərini düzəlt
/SCWM/ERP_STOCKCHECKEWM – ERP stok fərqi
/SCWM/ADHUPaket depo əmri yarat
/SCWM/PRDOÇıxış təslimatları
/SCWM/ADPRODMəhsul depo əmri yarat
/SCWM/LOADYüklə
Ən çox istifadə olunan əməliyyat kodları
Əməliyyat kodları (T-Code)

Post navigation