Bu yazımızda SAP EWM-in bizə təklif etdiyi 2 Mərhələli Toplama (Two Step Picking) funksiyasından danışacağıq.
2 Mərhələli Toplama nədir?
2 mərhələli toplama depolarda əsasən stoklama və ya toplama adreslərindən məhsulları ortaq adresə transfer edib, oradan çıxış qapılarına göndərmək üçün istifadə olunur. Məsələn, depoya 2 fərqli məhsuldan 5 müştəri üçün cəmi 45 qutu sifariş edilib. Bu 2 məhsulu 5 dəfə fərqli vaxtlarda toplamamaq üçün 2 dəfəyə toplanıb ortaq adresdən qapılara müştərilər üçün paylanılacaq. Bu proses SAP EWM-də 2 mərhələli toplama adlanır və Wave ilə idarə olunur.
Sistemdə necə istifadə olunur?
Nümunə üçün ilk öncə sifariş və bu sifarişə əsasən göndərilən təslimat yaradılır. Parametrlərə görə göndərilən təslimat yaranan kimi avtomatik sistem həmin təslimatı Wave’ə təyin edir.

Göndərilən təslimatı kontrol etdikdən sonra Monitor ekranında Wave’i görüntüləyib təsdiqləyiriq.


Təsdiqlədikdə sistem avtomatik olaraq toplama və ya stoklama adreslərindən ortaq adresə toplama əmri yaradır.

Toplama əmrini standart mal çıxış prosesində olduğu kimi təsdiqləyirik.

Məhsulları ortaq adresə topladıqdan sonra yenidən monitor ekranında Wave’i görüntüləyib, toplamanı təsdiqləyirik.

Toplama təsdiqləndikdə sistem avtomatik olaraq yeni əmr yaradır. Bu əmr, ikinci mərhələ, yəni məhsulları ortaq adresdən çıxış qapılarına transfer etməkdir.

Son mərhələdə ortaq adresdən çıxış qapılarına yaranan əmrləri təsdiq etmək qalır. Bu ekran da mal çıxış proseslərində istifadə etdiyimiz əl terminalı ekranından fərqlənmir. Eyni addımları təkrarlayıb əmri tamamlayırıq. Əmr tamamlandıqdan sonra göndərilən təslimatın toplama statusunun dəyişdiyini görə bilərik.

Sistemin standart bizə təklif etdiyi 2 Step Picking funksiyasından da istifadə etmiş olduq. Digərlərində olduğu kimi bu funksiyada da standartdan kənara çıxıb, müştəri istəyinə görə fərqlilik etmək mümkündür.
Mövzu ilə bağlı hər hansı parametrik dəyişikliklərə və ya dəstəyə ehtiyacınız varsa, bizimlə əlaqə saxlaya bilərsiniz.
