Salamlar,
Bugünkü yazımızda SAP EWM-də mal çıxışı necə olur, bunun üçün nələrə ehtiyac olduğu haqda danışacağıq.
İlk öncə onu bildirim ki, çox WMS proqramlarından fərqli olaraq, EWM-də mal çıxışını həm əl terminalı, həm də monitor üzərindən edə bilərsiniz.
Göndərilən təslimatın yaranması
Əlbəttə, şirkətlərə və istifadə yoluna görə fərqli ola bilər amma adətən depodan mal çıxışı üçün ilk öncə müştəri sifarişi lazımdır. Sifariş SD tərəfindən yaradılır. Sifariş sistemdə yarandıqdan sonra nəqliyyatın ayrılması TM modulu yaranan sifarişləri qruplayır. Optimizasiya işlədikdən sonra TM tərəfindən nəqliyyat kodu və təslimatlar yaranır. Yaranan təslimatlar göndərilən təslimatlardır. Göndərilən təslimat əsasında depo mal çıxış prosesinə başlayır. Təslimat və nəqliyyat kodlarına monitordan baxa bilərik.

Depo əmrlərinin yaranması
Yaradılan təslimatdakı məhsulların yığımı üçün depo əmri yaradılmalıdır. Depo əmrini də monitordan, təslimatı incələdiyimiz ekrandan yaradırıq.
- Sol tərəfdən təslimatlar seçilir
- More Methods butonuna basılır
- Create WT in Background basılaraq depo əmrləri yaradırlır

Depo əmri uğurla yarandıqdan sonra artıq toplamaçılar məhsulları shopping adreslərindən toplaya bilərlər.
Məhsul toplama
Məhsul toplamaq üçün ilk öncə əl terminalına (/SCWM/RFUI) daxil oluruq. Əl terminalına daxil olduqdan sonra Outbound Processes -> Picking -> Picking by WO addımlarını izləyərək “Depo əmri” kodundan istifadə edib məhsul toplamağa başlayırıq.



İlk açılan pəncərədə sistem bizdən məhsulları yığacağımız paleti yaratmağımızı istəyir. Bunun üçün F2 basıb paleti yaradırıq. Davam etmək üçün F4 Next basırıq.

Növbəti ekranda məhsulu götürəcəyimiz adresin kodu, məhsulun kodu, adı, yaratdığımız paletin kodu, toplamalı olduğumuz miqdar, stokdakı miqdar və s. kimi məlumatları görə bilərik. Sistemin istədiyini məlumatları doğruladıqdan sonra “Enter” basırıq. Depo əmrindəki məhsul bitənə kimi əməliyyatı təkrarlayırıq.

Depo əmrindəki məhsullar bitdikdən sonra sistem bizdən yaratdığımız paleti və yığdığımız məhsulları hansı qapıya aparacağımızı soruşur. Məlumatı doğrulamaq üçün qapını və palet nömrəsini oxuduruq.

Bununla da toplamacının terminal ilə məhsul yığma prosesi yekunlaşır. Növbəti prosesdə toplamaçının yığdığı miqdarları kontrol edib təslimata “Goods Issue” butonunu basırıq.

Proseslə bağlı hər-hansı bir sualınız və ya dəstəyə ehtiyac varsa bizimlə əlaqə saxlaya bilərsiniz.
