Salamlar,
Bugünkü yazımızda hamımıza məlum olan ABC analizinin EWM-də istifadəsi haqda danışacağıq. Fərz edək ki, müştərimiz sezonluq və ya dövri sıralamaya görə məhsula olan təlabatı sistemdə görmək istəyir. Bu tip hallarda biz müştəriyə rahatlıqla EWM-in ABC analizi funksiyasını təqdim edə bilərik. Sistem tam standartdır və demək olar ki, depoların bütün istəklərini yerinə yetirir.
EWM-də ABC analizi məhsulların təsliqlənən hər depo əmrinə görə analiz edilir. Eyni zamanda, ABC analizi ekranı məhsulun master datasında bir neçə sahəni yeniləmək üçün də istifadə edilə bilər. Bunlara, depolama, yerləşdirmə, dövrü hesablama və s. kimi master dataları nümunə göstərmək olar. Bütün bunları ön və ya arxa planda həyata keçirə bilərsiniz.
EWM-də ABC analizi
Ekrana /SCWM/ABC əməliyyat kodundan istifadə edərək daxil oluruq. Ekrana daxil olduqdan sonra aşağıdakı seçimləri görə bilərik:

- Location & Product Selection – Depo və məhsul seçimi
- Confirmed Product Warehouse Task Selection – Təsdiqlənmiş məhsul depo əmri seçimi
- Analysis Strategy Selection – Analiz strategiyasının seçimi
Location & Product Selection – Depo və məhsul seçimi

Bu hissədə depo nömrəsi məcbur daxil edilməli olan yerdir. Digərlərinə də filter verərək seçiminizi daha da dəqiqləşdirə bilərsiniz.
Confirmed Product Warehouse Task Selection – Təsdiqlənmiş məhsul depo əmri seçimi

İkinci seçim ekranı bizə məhsulun hərəkətlərinə aid filterlər verməyə kömək edir. Məhsul hərəkətlərinə görə analiz etmək daha effektiv ola bilər.
Analysis Strategy Selection – Analiz strategiyasının seçimi

Son seçim ekranında ABC analizin qaydaları təyin olunur;
ABC Analysis Basis – C No. of Confirmed WTs və ya Quantity Moved – Sistemin ya təsdiqlənən depo əmrlərinə görə, ya da məhsulun toplam çıxış miqdarına görə analiz edəcəyinə qərar veririk.
No. of ABC Categories – Burada sistemə təyin etmək istədiyimiz göstəricilərin sayını daxil edirik.
Basis in % / No. – Sistem, seçilən dataları hesablamaq və sinifləndirmək üçün faiz və ya miqdar istifadə edə bilər. Burada ən uyğun variantı seçirik. Nümunə olaraq, A kateqoriyasının təsdiqlənən depo əmrlərinin 80%-i, B kateqoriyasının 15%-i, C kateqoriyasının isə 5%-nə aid olan məhsulların sxemi aşağıdakı kimi olacaq.

Uyğun olan bütün məlumatlar daxil olduqdan sonra ekranı işlədib nəticəsini görə bilərsiniz.
Mövzu ilə bağlı hər hansı dəstək lazım olduqda, əlaqə saxlaya bilərsiniz.
