Salamlar,
Bugünkü yazımızda mal girişi zamanı alınan təslimatdakı məhsulların avtomatik paketlənməsi haqqında danışacağıq.
Avtomatik paketlənmə nədir?
Avtomatik paketlənmə məhsulun 1 paletində olan miqdara uyğun olaraq, nəqliyyat vasitəsində gələn bütün miqdarını avtomatik paletlərə bölür. Sistemin işləməsi üçün lazımlı parametrlərdə dəyişiklik edildikdən sonra məhsula aid Packspec master datasını düzgün formada daxil etmək lazımdır. Çünki sistem EWM-də paketləmə edərkən Packspec master datasına daxil edilən məlumatlara baxır.
Avtomatik paketlənmə necə olur?
Paketləmə əməliyyatına keçməzdən əvvəl, prosesi yerinə yetirmək üçün ilk öncə bizə giriş təslimatı lazımdır.

Avtomatik paketləmək üçün CTRL+F3 və ya Inbound Delivery -> Follow-On Functions -> Pack ardıcıllığından istifadə edirik.


Paketləmə ekranında göy ilə işalənən buton “Packing Proposal” butonudur. Bunu basdıqda, sistem bizə avtomatik palet miqdarlarını təklif edir amma bunu manual olaraq da dəyişə bilirik.

Qırmızı ilə işarələnən buton isə “Pack Automatically” butonudur. Bu buton isə miqdarın hamısını Packspec-ə daxil edilən miqdar qədər avtomatik paketləyir. Yəni, məsələn, təslimat miqdarı 100-sə və master datada bir palet üçün 10 qeyd olunubsa, sistem avtomatik 10 palet yaradacaq.

Avtomatik paketləmə parametr dəyişikliyi və ya mövzu ilə bağlı əlavə dəstəyə ehtiyac varsa, bizimlə əlaqə saxlaya bilərsiniz.
