Salamlar,
Bu günkü yazımızda canlı (Go-Live) qabağı SAP EWM-də nə kimi hazırlıqlar olmalıdır və onların ən asan hazırlanma qaydası haqda danışacağıq.
Go-Live nədir?
Go-Live “SAP dünyasında” mövcud sisteminizi canlıya keçirtmək kimi başa düşülür. Hər bir modul kimi EWM də özünə aid olan master dataları var. İlk dəfə master data hazırlayan biri üçün bir az çətin kimi görünsə də, sonrakı illərdə artıq fayllar, excellər və biliklər var deyə rahatlaşır.
EWM-də master data
EWM modulunun istifadə formasından asılı olaraq canlıdan qabaq sistemə yüklənəcək master datalar artıb-azala bilər. Amma düşünürəm ki, adres, stok, toplama adresi, əl terminalı və s. kimi master datalardan çoxumuz istifadə etməliyik. Məcbur istifadə olunmalıdır kimi hesab etdiyim master dataların üzərindən keçəcəyik.
Açılış stokunun yüklənməsi
Bu master dataya ən incə master data deyə bilərik. Çünki açılış stokunun sistemə səhv yüklənməsi, gələcəkdə altından çıxa bilinməyəcək problemlərə yol aça bilər. Buna görə də istifadəçilərdən gələn sayılmış stokların yaxşı olar ki, təftiş əməkdaşları tərəfindən bir neçə dəfə yoxlanılsın. Siyahıdakı adreslərin, partiyaların (əgər deponu partiyalı idarə edirsinizsə), məhsul kodlarının sistemdə olduğundan əmin olmalıyıq.
Açılış stoku sistemə excel formatında yüklənilir və fayl .csv formatında olmalıdır. Nümünə faylı buradan endirə bilərsiniz. Daxil oluruq /N/SCWM/ISU əməliyyat koduna.

- Warehouse No. – Depo nömrəsi yazırıq
- Posting Date – Açılış stokun qeydiyyat tarixi
- No. of HUs per Posting – Neçə sətrdən bir sənəd yaratmalıdır
- Do Not Post Data in ERP – Stoku ERP tərəfə yükləmə
- File Name – Açılış stok faylı
- Field Separator – Bəzi komputerlərdə excellə bağlı xəta olduqda bu hissəyə “vergül” işarəsi qoya bilərsiniz
Paketləmə parametrləri
Paketləmə parametrləri də açılış stoku olduğu kimi excel faylında, .csv formatında olur. Bu master data exceli master data excelləri arasında deyərdim ki, qurulması ən vaxt aparanlardandır. Faylın nümunəsi üçün 1726759 nömrəli SAP Note-u incələməyinizi məsləhət görərdim.
Paketləmə parametrləri master datası /N/SCWM/IPU əməliyyat kodunda sistemə yüklənilir.

Əgər excel faylı üçün nümunəniz yoxdursa, /N/SCWM/PACKSPEC əməliyyat kodundan və ya buradan faylı yükləyə bilərsiniz. Excel 5 sətrdən ibarətdir. Yəni hər bir məhsul üçün 5 sətr daxil edilməlidir.

Source file information hissəsində Physical file name və Upload seçilir. File name hissəsinə isə hazırladığımız .csv faylını daxil edib ekranı işlədirik.
Digər master datalar
Bunlardan əlavə olaraq canlı keçidi qabağı EWM-də bir neçə master data var ki, istəyə və ya işləmə uyğun olaraq yüklənə, istifadə edilə, qurula bilər. Əlavə məlumat və ya dəstək üçün əlaqə saxlaya bilərsiniz.
