Monitor ekranı
Monitor ekranı nədir? Monitor ekranı EWM-də olan hərəkətləri, problemləri, giriş-çıxış təslimatları, sayımları, depo əmrləri və s. izləmək, idarə etmək üçün istifadə olunan ekrandır. Ekrana /N/SCWM/MON əməliyyat kodundan istifadə edərək daxil ola bilərsiniz. Ekrana ilk öncə daxil olduqda aşağıdakı pop-up pəncərəsi ilə qarşılaşırıq. Pəncərəyə nə daxil etməliyik?

- Warehouse Number – Depo nömrəsi daxil edilir (məcburidir)
- Monitor – İstifadə olunacaq izləmə profili daxil edilir (məcburidir)
- Node Refresh (Mins) – Ekranın neçə dəqiqədən bir yenilənməyi daxil edilir (məcburi deyil)
Məlumatları daxil edib F8-ə basırıq və ya Run edirik. Pəncərəni işlətdikdən sonra qarşımıza aşağıdakı ekran açılır.

Açılan ekranda sol tərəfdə menyu və alt menyular, sağ tərəfdə isə menyulara daxil olduqdan sonrakı məlumatların olduğu yerdir.
Menyuların istifadəsi
Əlbəttə ki, hər bir sistemdə menyuların hamısı istifadə olunacaq deyə bir şey yoxdur. Menyuları azaldıb-çoxaldaraq sisteminizə uyğun bir izləmə profili yarada bilərsiniz. Şəkildə görünən SAP EWM-in bizə təqdim etdiyi default izləməsidir. Menyulardan nə kimi istifadə olunur?
- Outbound – Çıxış təslimatlarının idarə edilməsi
- Inbound – Giriş təslimatlarının idarə edilməsi
- Physical Inventory – Sayımların idarə edilməsi
- Documents – Depo əmrlərinin idarə edilməsi
- Stock and Bin – Stok və adreslərin idarə edilməsi
- Resource Management – EWM istifadəçilərinin idarə edilməsi
- Product Master Data – Məhsul master datalarının idarə edilməsi
- Alert – Xəbərdarlıqlar
- Labor Management – İş yükünün idarə edilməsi
- Billing – EWM-də fakturalanma
- Material Flow System – Məhsul axış sistemi
- Tools – Alətlər
Monitor yenilənmələri, qurulması, fərqli izləmə profillərinin yaradılması və s. üçün əlaqə saxlaya bilərsiniz.
