Salamlar,

Bu yazımızda Sizlərə SAP EWM ilə depoda toplama adreslərinə avtomatik olaraq necə əmr yaradıb doldurmaq olar, onu izah etməyə çalışacam. Doldurma prosesi dedikdə, replenishment (ingiliscə) və ya ikmal / besleme (türkcə) kimi başa düşə bilərsiniz.

Doldurma / replenishment / ikmal prosesi nədir?

Depo düşünək və depo adreslərdən ibarətdir. Yəni məhsul depoda adreslərdə stoklanır. Və hər bir adres koridoru 7 mərtəbədən ibarətdir. Birinci mərtəbəni toplama gözü, digər 6 mərtəbəni isə stoklama gözü və ya toplama gözlərini doldurma üçün istifadə olunan adreslər kimi başa düşək. Məhsul toplayıcılar birinci mərtəbələrdən sifarişlər üçün məhsulları götürdükcə adresdə miqdar azalır. Müəyyən olunmuş miqdarın altına düşdükdən sonra isə yuxarıda bəhs etdiyimiz stoklama gözlərindən həmin toplama gözlərinə sistem avtomatik əmr yaradır. Bu sxemə, sistemə doldurma / replenishment / ikmal prosesi deyilir.

Bunun üçün bizə nə lazımdır?

İlk öncə bunu bildirim ki, prosesin dəqiq işləməsi üçün digər EWM proseslərində olduğu kimi bunda da master datanın doğru olması önəmlidir. Bunlara nələr daxildir? Məhsulun palet standartı, toplama gözü adresi, minimum və maksimum doldurma miqdarı. Sadaladıqlarım dəqiq olduqdan sonra qalır EWM-də doldurma prosesi üçün parametrləri aktiv etmək. Parametrlərin aktivləşdirilməsini aşağıda test sistemi üzərindən göstərməyə çalışacam.

Parametrlərdə nələr daxil edilməlidir?

İlk öncə bizə test adresi lazımdır. Bunun üçün də sistemdə uyğun depo tipini

Bu etdikdən sonra yeni bir depo proses tipi yaradırıq. Proses tipi yaratdıqdan sonra həmin proses tipini sistemin proses növünə təyin edirik.

Doldurmanın əsas parametrləri daxil edildikdən sonra prosesi işə salmaq üçün sistemdə avtomatik yenilənməni aktiv etmək lazımdır. Bunun üçün aşağıdakı parametrlər daxil edilir.

Test mərhələsi

Və sonunda prosesi test edə bilərik. Bunun üçün ilk öncə bizə depo adresi, sabit toplama gözü və doldurma prosesini test edə bilmək üçün minimum – maksimum miqdarlar lazımdır. İlk öncə /SCWM/LS01 əməliyyat kodundan yeni depo adresi yaradırıq.

Depo adresi yaratma

Yeni depo adresi yaratdıqdan sonra həmin adresi /SCWM/BINMAT əməliyyat kodundan sabit toplama gözü kimi qeyd edirik.

Sabit toplama gözü yaratma

Son olaraq /SCWM/MAT1 əməliyyat kodundan məhsulun doldurma master datalarını daxil edirik.

MAT1 master data doldurulması

Və nəhayət, /SCWM/REPL əməliyyat koduna daxil olaraq doldurma / replenishment / besleme prosesini icra edə bilərik. Əlavə yaranan hər-hansı sual və ya dəstəyə görə əlaqə saxlaya bilərsiniz.

Doldurma prosesi (Replenishment)

Post navigation