Salamlar,
Bu günkü yazımızda hər hansı bir depo əmrini təsdiqlədikdən sonra avtomatik olaraq çap olunmanın parametr düzəlişləri haqqında danışacağıq. Bir çox proyektlərdə bundan əsasən depo əmrlərini etiketə çap edib məhsul və ya paletin üzərinə yapışdırmaqla istifadə edirlər.
Nə etmək lazımdır?
Bunun üçün sistemdə aşağıda göstərilən dəyişiklikləri etmək lazımdır:
- İlk öncə SPPFCADM əməliyyat koduna daxil olub istifadə edəcəyimiz depo əmrini təyin edirik.

- Növbəti addımda avtomatik çap etmənin hansı proses növündə istifadə etməyimizi seçirik:


- /SCWM/PRWO5 əməliyyat koduna daxil olaraq sistemin çap etmə məntiqini daxil edirik.

- Növbəti və sonuncu addım /SCWM/PRWO6 əməliyyat kodunda çap əmrini daxil etməyimiz ilə bitir.

Və beləliklə, hər dəfə 9998 proses növü ilə təsdiqlənən bütün depo əmrlərinin sonunda avtomatik olaraq etiketimiz çapa çıxacaq. Etiketin nümunəsi aşağıda yerləşdirilib. Nümunə standart etiketdir. Əlbəttə, üzərində istəyə uyğun dəyişiklik etmək mümkündür.

Mövzu ilə bağlı əlavə hər-hansı sualınız yaranarsa, bizimlə əlaqə saxlaya bilərsiniz.
Təsdiqlədikdə depo əmrini çap et
