EWM, SAP’nin yeni nəsil depo idarəetmə moduludur. İlk olaraq 2006-cı ildə 5.0 versiyası ilə bazara çıxarılmışdır. 2022-ci il sonuna görə hazırki güncəl 9.5 FP2 versiyasındadır.
ƏTRAFLI
9.4 versiyasından başlayaraq SAP Fiori görünümlərini tam olaraq dəstəkləyir. Gələcəkdə daha da çox Fiori görünümləri dəstəkləmək planlanır. S/4 HANA’nın bir başa içində olduğu üçün master-data inteqrasiyası aradan qaldırılıb.
S/4 HANA’ya keçid edən SAP istifadəçiləri klassik WM’i, S/4 HANA üzərində 2020-ci ilə qədər istifadə edə bilib. SAP ERP’dən isə 2025-ci ilə qədər yararlana biləcək.
BAZARDAKI YERİ
Gartner’ın 21.01.2016-cı ildə depo idarəedilməsi mövzusunda paylaşımına görə (ətraflı) SAP EWM;
- Son 8 ildə dünyada yeni müştərilər əldə etməsinə görə ən sürətli böyüyən depo idarəetmə sistemi olub.
- EWM 24 fərqli sahədə uğurla istifadə edilir.
- Dünyada 1000-dən çox müştəridə implement edilib.
İSTİFADƏ YÖNLƏRİ
SAP EWM sistemi ayrı bir sistemdir. Daxili (embedded) və ya xarici (decentral) olaraq istifadə edilə bilər. SAP ERP ilə inteqrasiya olunmuş formada işləyir. ERP üzərinə add-on olaraq istifadə edilməsi ilə yanaşı, stand alone olaraq qurulur. Bir neçə ERP sisteminə də eyni vaxtda inteqrasiya oluna bilər.

NIYƏ EWM?
SAP EWM-lə aşağıdakılara sahib ola bilərsiniz:
- Dünya standartlarında raporlama və analiz etmə;
- Optimizasiya;
- Böyük həcmli datalarla yüksək performansda istifadə edilə bilə databaza;
- Digər SAP modulları ilə asan və tam inteqrasiya;
- RFID, Pick by Voice və s. sistemləri və ağıllı depo avadanlıqlarıyla müasir depo idarəetmə texnologiyaları ilə tam və rahat inteqrasiya;
- Klassik WM’dən EWM’ə keçid üçün masterdata və stok miqrasiyaları.
KLASSİK WM’Ə GÖRƏ ÜSTÜNLÜKLƏRİ
- Kodda dəyişiklik ehtiyacının az olması.
Dəyişiləbilən əl terminalı ekranlarına sahibdir. Əl terminallarına yeni düymə əlavə etmək, fərqli alan əlavə etmək funksiyalarına sahibdir.
- Geniş miqyaslı proqramdır.
Günlük işləm sayı çox yüksək depolarda olduğu kimi, günlük işləm sayı az depolarda da yüksək performansla işləyir.
- Yüksək performanslı məhsuldur.
Stand alone qurulduğu versiyada ERP server resurlarını istehlak etmir. Günlük işləm sayına uyğun səviyyədə istifadə olunacaq bir server ilə çox yüksək performanslar ala bilərsiniz.
- İş əmri yaratma optimizasiyasına malikdir.
Depo iş əmirləri yaradıldıqda, sətir sayı, maksimum ağırlıq, iş öncəlikləri, maksimum həcm, depo içində məhsulların yerləşdiyi lokasiyaların birində olan uzaqlığı nəzərə alınaraq optimal böyüklükdə iş əmrləri yaradılır.
- Qabaqcıl root təyin etmə və bu rootların nəzərə alındı rota belirleme ve bu rotaların “wave” ilə idarəetməsinə sahibdir.
- İzləmə və istifadə rahatlığı təmin edir.
Bütün depo idarəetməsi əməliyyatları tək cookpit ekranı ilə idarə edilə və izlənilə bilər.
- “Yard Management” (Depodan kənar sahənin idarə olunması) funksiyasına malikdir.
Depo idarəedilməsində sadəcə deponun içində yox, depoya gələn və gedən nəqliyyatın giriş / çıxış saatları sürücü və qeydiyyat nişanı və s kimi məlumatların saxlanılması və hansı nəqliyyatın hansı perona göndərilməsinin planlaması edilə bilər.
- “Slotting” optimizasiyasına malikdir.
Məhsulların fiziki xassələri və dövriyyə sürətlərini nəzərə alaraq, depo içində yerləşməli olduğu ən optimal yerləri / adresləri taparaq, depo içində olan hərəkəti minimuma endirir.
- Re-arrangement optimizasiyasına malikdir.
“Slotting” işləmində təyin olunan lokasiyalara məhsulların transferinə malikdir.
- Labor Managemet (İşçi qüvvəsinin idarə edilməsi) funksiyasına malikdir.
Depo əməliyyatlarında lazımı işçi qüvvəsinin günlük iş yükünə görə planlaması, faktiki əməliyyatların xərclərinin hesablanması, depo işçilərinin performanslarının və primlərinin hesablanması və izlənilməsini təklif edir.
“Cartonization planning” funksiyasına malikdir.
Məhsulun fiziki özəllikləri, sev miqdarı və sevk olunacaq müştərinin istəkləri nəzərə alınaraq düzgün paketləmə məhsulunun təyin etməsinə malikdir.
- Dock appoinment scheduling
Depoya çatdıracaq tədarükçülərini online olaraq bir bir web ekranı üzərindən təslimat vaxtını təyin edərək depodan randevu alınmasını təmin edir. Beləliklə nəqliyyat depoya çatdığında vaxt itirmədən əvvəlcədən rezerv olunmuş qapıya yaxınlaşır.
- Müasir depo idarəedilməsi texnologiyaları ilə tam inteqrasiyanı təmin edir.
- Fərqli sistemlər və ağıllı depo avtomatlaşdırılmanı idarə edə biləcək PLC sistemləri ilə tam inteqrasiyanı təmin edir.
- RF
- Pick by voice (Səsli əmrlərlə məhsul toplama)
- RFID
- Augmented Reality eynəklər (artırılmış reallıq, google glass və s.)
