EWM terminləri və EWM-də depo “skeleti”

Bu günkü mövzumuz sıfırdan bir deponun qurulması üçün EWM-də minimum nələri bilməliyik və necə adlandırmalıyıq? İlk öncə qeyd edim ki, SAP bir qlobal və həmişə inkişaf etməkdə olan bir ERP sistemi olduğu üçün digər modullarda olduğu kimi EWM-də də maksimum SAP-nin təqdim etmiş olduğu standartlardan kənara çıxmamağa çalışmalıyıq. Bunun üçün də EWM parametrlərində mümkün qədər sistemin bizə verdiyi default girişləri silmirik.

Başlanğıc olaraq ümumi forma kimi EWM standart depo quruluşunu “Warehouse number (Depo nömrəsi)Storage type (Depo tipi)Storage sections (Depo sahələri)Storage bins (Depo adresləri)” qəbul etmək olar.

Warehouse number (Depo nömrəsi) – Bir depo yerinin fiziki xassələri depo nömrəsi altında EWM-də saxlanılır. Müəyyən bir bölgədə yerləşən depo binası üçün bir depo nömrəsi açılır. Əgər depolar fiziki olaraq fərqli bölgələrdədirsə, bunlar sistemə fərqli depo nömrələri altında qeydiyyatını aparmaq olar.

Depo nömrəsi əlavə etmə ekranı

Storage type (Depo tipi) – Depo nömrəsi altında təyin etdiyimiz bir saxlama / depolama bölgəsidir. Depo tipi özünə aid olan funksionallığı, öz iadərəetməsinə görə fərqli yerlər ola bilər. Bu yerlər depo binasının içində fiziki ola da bilər, olmaya da. Depo tiplərinin çox olması, deponun idarə olunmasını konfortlaşdırma kimi müsbət tərəfi var. Ən çox istifadə olunan depo tiplərinə nümunə olaraq:

  • Mal giriş depo tipi
  • Mal çıxış depo tipi
  • Təmir, iadə, imha depo tipi və s.
Depo tipi əlavə etmə ekranı

Storage sections (Depo sahələri) – Depo sahələri depo tiplərinin altında təyin etdiyimiz bir saxlama sahəsidir. Asan başa düşülməyi üçün fərz edək ki, iki depo tipimiz var – Yüksək rəfliRəfli. Yüksək rəfli depo tipi də iki hissəyə bölünür – Tez bitən məhsullaryavaş bitən məhsullar. Bu iki hissə arasında sistemdə fərqli əməliyyatlar edə bilməyimiz üçün depo sahələri bizə lazımdır.

Depo sahələri əlavə etmə ekranı

Storage bins (Depo adresləri) – Depo sahələri altında yerləşən ən kiçik depo bölməsidir. Bu depo bölməsi depodakı məhsulların fiziki yerlərini göstərir.

Bir sahədə bir neçə depo adresi, bir depo tipində bir neçə depo sahəsi, bir depo nömrəsində bir neçə depo tipi ola bilər.

EWM strukturu

Post navigation