HAQQIMIZDA

ewm.az aboutus azerbaijan azərbaycan sap ewm

EWM 2006-cı ildən bazarda olmasına baxmayaraq, ölkədə çox az, hətta sayılı şirkətlərin istifadəsindədir. Gün keçdikcə, şirkətlər tərəfindən tanışlığı daha da artır. Bizim də az da olsa bu tanışlıqda bir əməyimiz olsun deyə, ölkədə ilk dəfə olaraq EWM.AZ adı altında saytın fəaliyyətinə başladıq.

Başlıca məqsəd əsas EWM modulunu ölkədə mümkün qədər tanıtmaq, inkişaf etdirmək və istifadəsini yaymaqdır. Elə bu səbəbdən də saytın öncəliyi blog formatında yazılar paylaşmaqdır. Yerli şirkətlərə EWM modulunun heç də istifadə etdikləri digər depo idarəetmə sistemlərindən geri qalmadığını, hətta çox öndə olduğunu göstərməkdir.

EWM depo idarəetmə modulu ilə əlaqəli Azərbaycan dilində resurslarımız sıfır olduğu üçün, saytda paylaşılan blog və problem həlləri ilə bağlı dəstək ola biləcəyimizi düşündük.

Əlavə olaraq deponuzu standartlaşdırmaq, əməliyyatlarınızı maksimum optimizasiya etmək və SAP EWM’i düzgün istifadə etmək istəyirsinizsə, bu keçiddən və ya aşağıdakı məlumatları istifadə edərək əlaqə saxlaya bilərsiniz.

Orkhan Gurbanli | Senior EWM Analyst / EWM Consultant

E-mail: orkhan@ewm.az

www.EWM.az