mal girişi

Salamlar,

Bu yazımızda SAP EWM-də standart mal giriş prosesi, əl terminalı, paketləmə, adresləmə və s. haqda danışacağıq. Göstərəcəyimiz mal giriş prosesi tam olaraq EWM-in bizə təqdim etdiyi standartlar üzərindən olacaq. Amma şirkətdaxili qərarlara görə proses dəyişə bilər.

Mal girişi nədən başlayır?

EWM-də mal giriş və çıxış proseslərinin hamısı təslimata istinadən olur. Bu təslimat ayrı bir sifarişə istinadən və ya MIGO əməliyyat kodundan yaradıla bilər. Sifarişə istinadən yaratmağa nümunə olaraq satınalma sifariş və ya iadə sifarişini göstərə bilərik.

Təslimat yaradıldı

Təslimat EWM-də yaradıldıqdan sonra proses fərqli ola bilər. Amma ümumi olaraq proses paketləmə, mal girişi, adresləmə ardıcıllığında olur.

İlk öncə əməliyyat kodunu (/N/SCWM/RFUI) yazıb əl terminalı ekranına daxil oluruq.

Açılan ekranda təslimat nömrəsini yazıb və ya barkodu oxudub “enter” basırıq.

Əl terminalı alınan təslimat ekranı
Əl terminalı alınan təslimat ekranı

Yuxarıdakı alınan təslimat ekranında təslimat və tədarükçünün nömrəsini, tədarükçünün adını, nəqliyyatın təyin olunduğu depo giriş qapısını (əgər təyin olunubsa, məcburi sahə deyil) və qəbul edilən palet / paket sayını görə bilərsiniz. “Enter” basıb növbəti ekrana keçərək, məhsulu hansı formada qəbul edəcəyimizi seçirik.

Əl terminalı paketləmə seçmə ekranı
Əl terminalı paketləmə seçmə ekranı
  • F1 və ya List-ə basaraq qəbul olunan palet / paketləri görə bilərsiniz.
  • F2 və ya NewHU (new handling unit) basaraq məhsulu tək palet / paket halında qəbul edə bilərsiniz.
  • F3 və ya MulHU (multi handling unit) basaraq məhsulu bir neçə palet / paket halında qəbul edə bilərsiniz.

Paketləmə / paletləmə


Məhsul paletləmə / paketləmə ekranı
Məhsul paletləmə / paketləmə ekranı

Ekranda SKU hissəsində məhsulun kodunu oxuduruq. Kodu oxutduqdan sonra məhsulun adı, təslimatdakı qəbul olunan, açıq və cəmi miqdarı göstərilir. BBD (best before date) hissəsinə məhsulun son istifadə tarixi, BV hissəsinə tədarükçünün həmin məhsul üçün göndərdiyi partiya nömrəsi (əgər varsa) daxil edilir. Davam etmək üçün F1 Next basırıq.

Paket məlumat ekranı
Paket məlumat ekranı
Paket / palet etiketi
Paket / palet etiketi

Yeni açılan ekranda təslimat, paket / palet nömrəsini, məhsulun kodunu, qəbul edilən miqdarı, partiya və tədarükçü partiya kodunu, giriş edilən depo adresini, stok növünü və s. görə bilərik. Sistemin qurulmasından asılı olaraq printerdən paket / paletin üzərinə yapışdırmaq üçün etiket də çap olunur.

Davam etmək üçün “enter” basırıq.

Paket / palet mal giriş ekranı
Paket / palet mal giriş ekranı

Açılan ekranda təslimat və paket / palet nömrəsini və həmin paket / paletin statusunu (nəqliyyatdan boşaldıldı, depoya giriş edildi, depo adresinə transfer edildi) görə bilərik.

  • F1 UnLo – paket / paleti nəqliyyatdan boşaltdığını qeyd edir.
  • F2 PGr – paket / paleti depoya giriş etdiyini qeyd edir.
  • F3 CrWT – paket / palet üçün depo strategiyasına uyğun olaraq (əgər master data doğrudursa və EWM parametrləri aktivləşdirilibsə) depo adresinə avtomatik transfer əmri yaradır.
  • F4 Conf – Yaradılan transfer əmrini təsdiqləyir.
Mal giriş prosesi

Post navigation