Salamlar,
Bugünkü yazımızda “flow through” sürecinin EWM depolarda necə idarə edilməsi haqda danışacağıq. İlk öncə onu qeyd edim ki, yazıda bəhs ediləcək “flow through” süreci üçün SAP EWM-in standartından az da olsa kənara çıxılıb. Əlbəttə ki, bu müştəri seçimindən asılıdır. Seçim olaraq tam standart üzərindən də getmək mümkündür.
Flow Through üçün nələr lazımdır?
Süreci ilərlədə bilmək üçün ilk öncə bizə alınan təslimat və göndərilən təslimat lazımdır. Depoda alınan təslimatlara mal girişi olduqca, sistem, göndərilən təslimata depo sifarişi əmrləri yaradacaq.
Alınan təslimat
Öncədən yaradılan alınan təslimatlara mal girişi edirik. Onu da qeyd edim ki, bu mal girişi əməliyyatının öncəki standart mal girişlərindən heç bir fərqi yoxdur. Mal girişi haqda detallı məlumatı bu linkə keçid edərək ala bilərsiniz.
Yuxarıda qeyd etdiyim SAP EWM-in standartından kənara yaradılan paletlərə “mal girişi” butonu basdıqda çıxılıb.

Göndərilən təslimat
Depo əməkdaşı paletlərə mal girişi etdikcə, sistem arxa tərəfdə öncədən yaradılmış göndərilən təslimatara avtomatik olaraq müştəri bazlı paylama əmri yaradır.

Növbəti addımda paylama əməliyyatını icra edən istifadəçinin “queue” düzgünlüyünü yoxlayırıq.

Düzgünlükdən əmin olduqdan sonra əl terminalında aşağıdakı addımları izləyirik.


“Handling Unit” yazılan yerə mal girişi edilən palet nömrəsini oxuduruq.

Oxutduqdan sonra “Magaza Adres” bölməsi açılır. Həmin bölməyə mağazanın adresini oxuda bilərik. Və ya “F4 Liste” daxil olaraq mağaza adresini seçə bilərik.

Mağaza adresini seçdikdən sonrakı addımlar standart mal toplamadan fərqlənmir. Mal çıxışı haqda detallı məlumatı bu linkə keçid edərək ala bilərsiniz.
Paletlərdəki bütün məhsullar mağaza adreslərinə paylandıqdan sonra, göndərilən təslimatın mal çıxışını tamamlaya bilərik.
Mövzu ilə bağlı hər-hansı sualınız yaranarsa və ya dəstəyə ehtiyacınız varsa, bizimlə əlaqə yarada bilərsiniz.
