Salamlar,
Bugünkü yazımızda SAP EWM-də göndərilən təslimatları mal çıxışı edərkən, məhsulların toplanmasında istifadə olunan paletin (bu rollcage, double pallet, plastik qutular və s. ola bilər) avtomatik olaraq təslimata əlavə olunması haqda danışacağıq.
Niyə lazım ola bilər?
Günümüzdə məhsulların toplanması və daşınması üçün istifadə olunan paletlərin izlənməsini demək olar ki, çox az şirkət edir. İzlənmə çox ciddiyə alınmasa da paletlərin aylıq və ya illik xərcinə baxsaq, heç də az məbləğ olmadığını görə bilərik. Mövzunun məqsədi, sizə SAP EWM-də standart olan, mal çıxışı zamanı məhsulların toplanmasında istifadə olunan paletlərin təslimatlara sistem tərəfindən avtomatik olaraq əlavə edilməsini göstərməkdir.
Təslimatın mal çıxışı

Nümunə göstərmək üçün ilk öncə bizə SAS və SAS-a istinadən yaradılan göndərilən təslimat lazımdır. Təslimatın depo sifarişlərini yaradıb, məhsulları toplamağa başlayaq (mal çıxışı geniş yazı üçün bu linkə keçid edə bilərsiniz).

Yuxarıdakı ekran görüntüsü məhsul toplamanın ilkin, palet yaratma ekranıdır. Bu addımda, toplanacaq məhsulu nəyə (adətən palet olur) yığacağımıza qərar verərək, həmin birimi sistemdə yaradırıq. Biz, nümunə olaraq 11020000000200000765 nömrəli 1 ədəd palet yaratdıq. Növbəti addımlarda təslimatdakı məhsulları həmin paletin içinə toplayıb, paleti paketləyib, 1 palet formasında müştəriyə göndəririk.
Növbəti addımda təslimatın mal çıxışını edirik.

Yuxarıdakı ekran görüntüsündən də görə bilərik ki, tək çeşid olan göndərilən təslimata, mal çıxışından sonra avtomatik olaraq ikinci “packing item” tipində, PL01 məhsulu da əlavə olundu. Nəticə etibarı ilə, biz, müştərini 1 palet borclandırmış olduq.
Mövzu ilə bağlı parametrik dəyişikliyə ehtiyacınız olarsa və ya sualınız yaranarsa, bizimlə əlaqə saxlaya bilərsiniz.
