depo adres çapı

Salamlar,

Günümüzdə depolarda saxlanılan məhsulları izləyə bilməyimiz üçün hər bir gözü virtual adlandırırıq. Məsələn, 1-ci koridorun sol tərəfinin 4-cü sırasının 2-ci mərtəbəsi. Fərz edək ki, bu adlandırmanı sistemdə 01 (koridor), 1 (sol tərəf), 04 (sıra), 02 (mərtəbə) kimi açırıq – 0110402. Mal toplama, sayım və s. kimi depo əməliyyatlarında adresləri tapmaq və doğruluğunu təsdiqləmək üçün bizə kağız üzərində qeydlər lazımdır. Bunu adətən etiketlər üzərinə çap edirlər ki, gözlərə yapışdırmaq mümkün olsun. Bu etiketləri necə çap etmək olar? Bu gün yazımız bu haqda olacaq.

Nələr lazımdır?

Bunun üçün heç bir sistem dəyişikliyinə ehtiyac yoxdur. SAP EWM-də tam olaraq standart üzərindən etiketləri çapa verə bilərsiniz.

İlk öncə daxil oluruq /SCWM/PRBIN əməliyyat koduna.

Depo adresi çapı
Depo adresi çapı

Warehouse Number: Depo nömrəsi qeyd olunur (məcburidir)

Storage Bin: Adreslər daxil olunur

Storage Type: Adres tipi daxil olunur

Storage Section: Adres sahəsi daxil olunur

Depo adresi çapı
Depo adresi çapı

Storage Bin (LGPLA) seçilir.

Depo adresi çapı
Depo adresi çapı

Output Device: Etiketin çıxacaq printer seçilir

Form Name: Etiket seçilir

Form Type: Etiketin tipi seçilir

depo adresi çapı
Depo adresi çapı

Çap etmənin bu hissəsi adətən dəyişilməz olaraq qalır. Amma yenə də printerdə fərqlilik olarsa, seçimləri dəyişə bilərsiniz.

Seçimlərin hamısı doldurulduqdan sonra F8 (Run) butonuna basırıq.

Depo adresi çapı
Depo adresi çapı

Müştəri barkod və ya hər-hansı bir dəyişiklik kimi başqa formaları istəyərsə, əlbəttə, Z-li dəyişiklik edib istənilən etiket formasını çıxartmaq mümkündür. Mövzu ilə bağlı dəstəyə ehtiyacınız varsa və ya sualınız yaranarsa, bizimlə əlaqə saxlaya bilərsiniz.

Depo adresi çapı (Storage Bin Labels in EWM)

Post navigation