ppf

SAP EWM PPF – mail, faks, iş axışı və s. kimi əməliyyatları planlamaq və izləmək üçün bir vasitədir.

PPF ekranı

Yuxarıdakı şəkildə gördüyünüz görüntü SPPFP əməliyyat kodundan PPF məlumatlarıdır. SAP EWM-də təslimatın məlumatlarını çap etmək, mesaj və ya faks göndərmə üçün istifadə edilən əməliyyatlar tək bir ekrandan izlənilir. Əməliyyatlar əvvəlcədən planlı və ya avtomatik şəkildə edilə bilər.

PPF-dəki bir əməliyyat profili, birdən çox əməliyyat və bu əməliyyat üçün lazımı dəyişiklikləri özündə saxlayır. Müəyyən bir şərtlər daxilində sistemdə verilən əmrləri sistem avtomatik olaraq icra edir. Nəticə etibarı ilə mail, faks, mesaj və s. kimi işləmlər yaranır, avtomatik mal girişi və mal çıxışı əməliyyatları PPF-lər ilə yerinə yetirilir.

Nümünə olaraq, müəyyən edilmiş etiketlər EWM-də PPF vasitəsi ilə avtomatik çap edilməklə və ya ekranlarda olan “Print” butonuna basmaqla çap edə bilərlər. Palet içində məhsulların toplanması bitdikdə və ya toplama depo əmrləri yarandıqda müəyyən olunmuş etiketlər əlavə bir iş görmədən avtomatik olaraq çıxır.

Təslimatda PPF

ppf
Göndərilən təslimat

Yuxarıdakı nümunədə göndərilən təslimatda istifadə olunan PPF-ləri görmək üçün təslimatı seçib aşağıda işarələnən PPF Actions menyusuna daxil olmaq lazımdır. Nümunədən də göründüyü kimi mal çıxışı, təslimata məhsul əlavə etmə, ERP tərəfi yeniləmə və s. kimi işləmləri yerinə yetirmək üçün sistem avtomatik PPF-ləri göndərib.

PPF ekranı

/SCWM/DLVPPFC əməliyyat koduna daxil olaraq PPF-lər üçün yeni əmr yarada və ya yaradılan əmrləri görə bilərsiniz.

ppf
PPF ekranı

Daha öncə əlavə olunan PPF-ləri görmək üçün Fileds menyusundan Warehouse Number alt menyusuna depo nömrəsini daxil etməlisiniz.

Mövzu ilə bağlı hər hansı sualınız olarsa və ya dəstəyə ehtiyac yaranarsa, bizimlə əlaqə saxlaya bilərsiniz.

PPF nədir? (PPF in EWM)

Post navigation